Azərbaycanlı iş adamı Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO

Azərbaycanlı iş adamı Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO
SOSİAL
14:29 01.11.2025
334
Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov bu ölkənin ən nüfuzlu dövlət mükafatlarından biri — "Kurmet” ("Hörmət”) ordeni ilə təltif edilib.

Mükafat iş adamına Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə təqdim olunub. Ordeni Amil Yusifova ölkənin xarici işlər naziri Yermek Koşerbayev şəxsən təqdim edib.

Təqdimat mərasimində çıxış edən nazir Yermek Koşerbayev Amil Yusifovun Qazaxıstanın ictimai və iqtisadi həyatındakı fəal iştirakını, uzunmüddətli səmərəli fəaliyyətini və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib:

"Cənab Yusifovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. O, Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.”

Mükafat üçün Prezident Tokayevə təşəkkür edən Amil Yusifov bu təltifin onun üçün böyük məsuliyyət və yeni fəaliyyət stimulu yaratdığını bildirib:

"Dost və qardaş Qazaxıstanın dövlət başçısı cənab Kasım-Jomart Tokayevə bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat gələcək layihələrimdə daha çox məsuliyyətlə çalışmağım üçün böyük motivasiyadır.

Eyni zamanda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Cənab Prezident bu əlaqələrin dərinləşməsi üçün biz iş adamlarının qarşısında mühüm vəzifələr qoyur. Biz də bu etimadı doğrultmaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün əzmlə çalışacağıq.”

Qeyd edək ki, "Kurmet” ("Hörmət”) ordeni Qazaxıstan Respublikasının dövlət mükafatlarından biridir. Orden ölkə Prezidentinin sərəncamı ilə verilir və Qazaxıstan cəmiyyətində ən yüksək etimad göstəricilərindən hesab olunur.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik