Azərbaycanlı jurnalist İran həbsxanasında aclıq aksiyasına başladı

Azərbaycanlı jurnalist İran həbsxanasında aclıq aksiyasına başladı
Bütün Xəbərlər
09:22 08.01.2013
1027
İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı jurnalist və fəal Səid Mətinpur aclıq aksiyasına başlayıb. APA-nın HRANA-ya istinadən məlumatına görə, bu barədə S.Mətinpur zindanda yazdığı məktubunda bildirib. Jurnalist onunla eyni kamerada saxlanılan digər azərbaycanlı fəala dəstək olmaq üçün aclıq aksiyasına başladığını yazıb: “İşçilərin hüquqlarının müdafiəsi üzrə azərbaycanlı fəal Rza Şəhabi həbs edilən zaman ağır işgəncələrə məruz qalıb. Nəticədə onurğa sütununa ciddi zədə dəyib. R. Şəhabi müalicə olunması üçün dəfələrlə müraciət etsə də, hələ də xəstəxanaya göndərilməyib. Hazırda səhhəti ağır olan R.Şəhabinin müalicə almağa çox ehtiyacı var. Əks halda iflic ola bilər. Xəstəxanaya göndərilməməsinə etiraz olaraq, o 20 gündür aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəala dəstək olmağı özümə mənəvi borc bildim və mən də yanvarın 5-dən aclıq aksiyasına başladım. Bunu hər bir azərbaycanlı edərdi”.S.Mətinpur onu da yazıb ki, saxlanıldığı kamerada müalicəyə ehtiyacı olan başqa məhbuslar da var: “ Mən 3 il yarımdır ki, həbsdəyəm. Burada baş verən cinayətlərin içərisində yaşayıram. Mənimlə yeni kamerada qalan 4 məhbus artıq edam edilib. Bir neçə nəfər isə vaxtında müalicə almadığı üçün ölüb. İndi də səhhəti ağır olan və tibbi yardım göstərilməyən bir neçə nəfər var. Rza Şəhabi onlardan biridir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır
19:42 29.06.2025
İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır
Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı
19:37 29.06.2025
Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
19:21 29.06.2025
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək