Azərbaycanlı jurnalistin video görüntüləri yayıldı

Azərbaycanlı jurnalistin video görüntüləri yayıldı
Bütün Xəbərlər
14:10 14.03.2012
22716
Martın 14-ə keçən gecə Youtube.com və Google Video portallarında və müsavat-ın adıyla bağlı olan bir saytda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın intim görüntüləri yayılıb. Naməlum şəxslər tərəfindən internetə buraxılan bu görüntülərdə Xədicə İsmayılovanın öz mənzilində cavan bir oğlanla intim məqamları əks olunur.Xədicə İsmayılova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sayt və videonun yayılması barədə artıq məlumatlıdır. Müsahibimiz bu olayın onu çəkindirməyəcəyini vurğuladı: ”Hesab edirlərsə ki, bununla məni dayandıracaqlar, böyük səhvə yol verirlər. Üstəlik, bu məsələdə Müsavat Partiyasının brendi ilə oynamaları da çox iyrəncdir. Provokasiyanın haradan gəldiyini dəqiq bilirəm”. Qeyd edək ki, “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılova şantaj və təhdidə məruz qalmışdı. Bu barədə X.İsmayılova Facebook səhifəsində bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: ”Martın 7-də mənim ev ünvanıma təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Mənə, özümü yığışdırmasam, rüsvay olacağımı yazırlar.
OXŞAR XƏBƏRLƏR