Azərbaycanlı jurnalistlər ‘Amaci’nin efirdən çıxarılmasını tələb etdilər - AÇIQLAMA

Azərbaycanlı jurnalistlər ‘Amaci’nin efirdən çıxarılmasını tələb etdilər - AÇIQLAMA
MEDİA
15:02 11.04.2012
4986

Azərbaycan jurnalist təşkilatı "Bu zalım dünyada doğulma" serialının yayımının dayandırılmasını tələb edir.

Azərbaycan jurnalist təşkilatı "Bu zalım dünyada doğulma" Hindistan serialının yayımının dayandırılmasını tələb edir. "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyinin rəhbəri Mətləb Salahov AZXEBER.COM-a açıqlamada bildirib ki, serialdakı “Amaci” obrazı da daxil olmaqla, bu serialda cərəyan edən hadisələr cəmiyyətin psixoloji durumunu gərginləşdirir, insanların dünya görüşünün inkişafına olduqca mənfi təsir göstərir və ən əsası feodal hind kəndində baş verən ədalətsizlik və rüsvayçı cinayətlər insanlarda kritik əsəb gərginliyi yaradır:

"Təəsüf ki, bizim yaradıcılıq qabiliyyəti olmayan və diletant səviyyədə fəaliyyət göstərən yerli telekanallarımız, əsəb gərginliyi ilə dolu olan, cəmiyyətə heç bir faydası olmayan və daha çox reklam gəlirlərinə xidmət edən bu cür yararsız serialları həvəslə yayımlayırlar. Özünə hörmət edən, gələcəyini düşünən heç bir cəmiyyətdə belə teleserialların yayımına icazə vermirlər. Təsəvvür edin ki, "Bu zalım dünyada doğulma" teleserialı cəmi 27 Asiya və Şərq ölkəsində yayımlanır. Yəni bu cür sosial-psixoloji kabus yaşayan cəmiyyətlərdə. Niyə bu cür seriallar bircə Avropa ölkəsində yayımlanmır?

Biz hesab edirik ki, qız uşaqlarının dünyaya gəlməsini qadağan edən bir mənfi qəhrəman surəti üzərində qurulan acınacaqlı hind serialı, cəmiyyətimizdə qadınlara qarşı anormal psixoloji münasibətin baş qaldırmasına səbəb ola bilər.”-deyə M.Salahov fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR