Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisi azərbaycanlı jurnalistlərin xaricdə təcrübə keçməsi üçün bir neçə beynəlxalq media şirkəti ilə əməkdaşlıq edəcək.
Bu barədə adıçəkilən qurumun regional ofisinin rəhbəri Vüsalə Hüseynli bildirib.
Onun sözlərinə görə, təcrübə proqramı bir həftəlik olacaq və burada 15 azərbaycanlı jurnalist iştirak edəcək.
“İlk göndərişi noyabr ayı üçün planlaşdırmışıq. Artıq “CNN”lə razılıq əldə olunub. Hələ ki, əlavə detallar dəqiqləşdirilir”.
V.Hüseynli vurğulayıb ki, təcrübə proqramının təşkilində əsas məqsəd jurnalistlərin peşəkarlığının artırılması və beynəlxalq jurnalistikanın incəliklərinə yiyələnmələrinə yardımçı olmaqdır.
“Mediamızın inkişafı üçün bu tip layihələrin həyata keçirilməsinə ehtiyac var və mütəmadi olaraq, Dünya Gənclər Bankı Şəbəkəsi bu sahəni öz diqqətində saxlayacaq”.