AZXEBER.COM xəbər verir ki, layihə 1-4 avqust 2014-cü ilədək davam edəcək.
Layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən KİV-də Gürcüstanın mədəniyyəti, tarixi, inkişafı ilə Azərbaycan oxucusunu tanış etməkdir. Səfər çərçivəsində jurnalistlər üçün Gürcüstanın bir sıra şəhərlərinə, tarixi yerlərinə ekskursiyalar, Gürcüstan-Azərbaycan münasibətləri mövzusunda konfranslar təşkil olunacaqdır.
Bir sıra dövlət idarələrində həmçinin Gürcüstanın Gənclər və İdman Nazirliyində dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət xadimləri, Gürcüstanda yaşayan azərbaycanlılarla dəyirmi masa ətrafında görüşlər keçiriləcəkdir.
Layihənin sonunda yığılan materiallardan ibarət broşurlar, video çarxlardan ibarət toplu hazırlanacaqdır və təqdimatı keçiriləcək.