Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın Sosial Media istifadəçiləri ilə əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli və Editor.az informasiya portalının baş redaktoru, tanınmış jurnalist Fərid Şahbazlı Özbəkistanın Daşkənt şəhərində səfərdə olublar.
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında imzalanan memorandum çərçivəsində İttifaqın təşkilatçılığı ilə Özbəkistan Dövlət Dillər Universitetinin Jurnalistika fakültəsində görüş keçirilib.
Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü olan Hacıbəy Heydərli və Fərid Şahbazlı universitetin beynəlxalq jurnalistika fakültəsinin tələbələrinə "Süni intellekt dövründə dezinformasiya ve feyk nyuslara qarşı mübarizə" mövzusunda təlim keçib.
Onlar həmçinin Özbəkistanın nüfuzlu televiziyalarından olan Zor TV, MY5 TV, Renessans TV, Yoshlar TV telekanalına Azərbaycan - Özbəkistan münasibətləri, hər iki ölkənin media əlaqələri haqda müsahibələr verib.
Azərbaycanlı jurnalistər eyni zamanda Daşkənd Dövlət Şərqşünaslıq Universitetində, Daşkənt Maliyyə və Texnologiya Universitetlərində tələbələrlə görüşüb, Azərbaycanda həyata keçirilən gənclər və media siyasəti haqda məlumat verib.
















































