Azərbaycanlı kişi arvadının gəzdiyi 8 kişini bir-bir oğurlayıb... – DƏHŞƏTLİ CİNAYƏT

Azərbaycanlı kişi arvadının gəzdiyi 8 kişini bir-bir oğurlayıb... – DƏHŞƏTLİ CİNAYƏT
TOP4
11:59 14.11.2017
28239

Türkiyənin Dənizli şəhərində iki nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq işi böyük bir cinayətin üstünün açılmasına səbəb olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 18-dən itkin düşən iki dost - Murat Uğur Pınarbaşı və Soner Kızılırmakdan xəbər yoxdur. Polisin apardığı araşdırma nəticəsində hər iki şəxsin qaçırılmasında azərbaycanlı F.B.-nin əli olduğu bildirilib.

Belə ki, F.B. adlı Azərbaycan vətəndaşı həyat yoldaşının ona 8 kişi ilə xəyanət etdiyini eşidib. O bu xəbərdən "ölüm siyahısı" hazırlayıb. Arvadının münasibətdə olduğu şəxslərin siyahısını hazırlayan şəxs onları bir-bir qaçırtmağa çalışıb. O öz planına ilk növbədə məhz bu iki şəxsdən başlayıb.

Murat Uğur Pınarbaşı və Soner Kızılırmakın ailələri də qatıldıqları televiziya proqramında F.B-nin arvadı ilə gəzən hər kəsi öldürəcəyini deyiblər. Onlar övladlarının F.B tərəfindən öldürüldüyünü bildiriblər.

OXŞAR XƏBƏRLƏR