Azərbaycanlı "maqnit adam" Ginnesin Rekordlar Kitabına düşdü

GƏNCLİK
00:33 16.12.2011
3001
Gürcüstanda yaşayan azərbaycanlı ‘"maqnit adam" ləqəbli Etibar Elçe bədəninə yapışdırdığı 50 metal qaşıqla Ginnesin Rekordlar Kitabına düşüb. AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11 il əvvəl bədəninin metalları çəkdiyini kəşf edən Etibar Elçe həmçinin, rekord sınağı zamanı 14 kiloqramlıq avtomobil kapotunun üzərindəki 92 kiloqramlıq adamı 26 saniyə ərzində sinəsinə çəkib.Ginnes Rekordlar Kitabının Gürcüstandakı nümayəndələrinin də izlədiyi rekord sınağından sonra Etibar Elçeyə sertifikat təqdim olunub.

Rekordlar Kitabının Gürcüstandakı nümayəndəsi Şota Keldişvili Etibar Elçennin bədənində 206 kiloqram ağırlıq saxladığını bununla da dünya rekorduna imza atdığını açıqlayıb. 

Qeyd edək ki, Maqnit adam adlandırılan 40 yaşlı Etibar Elçiyev Marneulidə yaşayır. Sonuncu dəfə Kanadalı Aron Caissie 17 qaşığı bədənində saxlayaraq Rekordlar Ktabında yer almışdı.   

OXŞAR XƏBƏRLƏR