Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, mediator Aygün Əliyeva Türkiyə Respublikasında mediator olmaq üçün kursları müvəffəqiyyətlə keçərək mediator dərəcəsi alıb.
Bu dərəcə ona Türkiyə Respublikasında mediator kimi fəaliyyət göstərmək üçün müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra mediator kimi fəaliyyət göstərmək səlahiyyəti verir.
Aygün Əliyeva Türkiyə Cümhuriyyətində mediator statusunu qazanan ilk azərbaycanlıdır.
Eyni zamanda Aygün Əliyeva TOBUYUM Mediasiya Mübahisələrin həlli mərkəzinin xarici işlər komissiyasının üzvü və arbitrıdır. O, eyni zamanda İstanbul 2 nömrəli Vəkillər Barosunun beynəlxalq hüquq komissiyasının sədri və üzvüdür.