Azərbaycanlı məşhur: "Dostum koronavirusdan ölürdü, bu xəstəliklə zarafat etməyin!" - VİDEO

Azərbaycanlı məşhur: "Dostum koronavirusdan ölürdü, bu xəstəliklə zarafat etməyin!" - VİDEO
MAQAZİN
10:39 06.06.2020
1785
Gitara ifaçısı Rəhman Məmmədli koronavirusa inanmayanlara səslənib.

AZXEBER.COM xəbər verir ki, virtuoz ifaçı ARB-nin "Ona qalsa" verilişində yaxın dostunun koronavirusa yoluxduğunu bildirib:

Bu gün də koronavirusa zarafatla baxanlar var. Bununla zarafat etməyin! Bu sözü işlədənlər çoxdur: "Kimin qohumu xəstələnib, desin", deyənlərə səslənirəm, mənim Moskvada yaşayan dostum İftixar yoluxub. Ağciyərinin fəaliyyəti 17 faiz qalmışdı. Ölümün pəncəsindən qayıtdı. Aparatla yaşayırdı, artıq aparatsız nəfəs alır. İndi də xəstəxanadadır və bizi xəstəxanadan izləyir".
 

OXŞAR XƏBƏRLƏR