Azərbaycanlı məşhurlar şəxsi həyatları ilə hər
zaman gündəmi zəbt edirlər. Xanım müğənnilərimizin daha çox ayrılıq, boşanma xəbərləri
yayılsa da, xoşbəxt ailə sürən ulduzlarımız da az deyil. Maraqlıdır ki, onlar hər
zaman həyat yoldaşlarını mediadan kənar tuturlar. Bunun da obyektiv və
subyektiv səbəbləri var.
AZXEBER.COM kiçik bir araşdırma apararaq müğənni
xanımlarımınız həyat yoldaşlarının hansı sənətlə məşğul olduğunu üzə çıxarıb.
Müğənni Xuraman Şuşalı Elçin adlı bəylə ailə
qurub. Müğənninin yoldaşı rejissordur.
2009-ci ildə "Eurovision” mahnı müsabiqəsində
ölkəmizi təmsil edən Aysel Teymurzadə
özündən 16 yaş böyük Azərbaycan Filarmoniyasının direktoru, pianoçu Murad
Adıgözəlovla ilə ailə həyatı qurub.
Müğənni Elnarə Xəlilova 12 ildir ki, telejurnalist
Rövşən Cahangirovla evlidir.
Teleaparıcı Kamilə Babayevənın həyat yoldaşı
İbrahim Rzabəyov neft şirkətində çalışır. İbrahim elə neftçi ailəsində dünyaya
göz açıb.
Rəqqasə Fatimə Fətəliyeva da bəzi məşhurlar
kimi həyat yoldaşını mətbuatdan gizli tutur. Əldə etdiyimiz məlumata görə, rəqqasənin
yoldaşı dövlət orqanlarının birində çalışır. Fatimənin həyat yoldaşının mətbuatda fotosu yoxdur.
Teleaparıcı Zümrüd Qasımova da həyat yoldaşını
gözdən uzaq tutur. Aparıcının yoldaşı məmurdur.
Müğənni Xatirə İslam Fəxrəddin adlı bəylə ailəlidir.
Müğənninin yoldaşı Fəxrəddin mayor kimi çalışırdı. Ötən il isə rütbəsi artılıb.
Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın
yoldaşı restoran biznesi ilə məşğul olur.
Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı hüquq-mühafizə orqanlarında çalışır. Həyat yoldaşı bir an belə müğənnini tək qoymur. Bütün tədbirlərdə, mərasimlərdə cütlüyü bir yerdə görmək mümkünür.
Müğənni Səfurə Əlizadəni həyat yoldaşı Fərhad Əliyev mərhum nazir Natiq Əliyevin övladıdır. Fərhad Əliyev Azərbaycanda və bir neçə xarici dövlətdə biznesi var.
Nazim Qasımzadə,
AZXEBER.COM