Azərbaycanlı məşhurların şəxsi biznesi — Toylardan qazandıqlarını görün nələrə yatırıblar (ARAŞDIRMA)

Azərbaycanlı məşhurların şəxsi biznesi — Toylardan qazandıqlarını görün nələrə yatırıblar (ARAŞDIRMA)
MAQAZİN
11:47 31.10.2016
11170

 

Məşhurlar hər zaman toylarda, tədbirlərdə və ad günlərində maraqla qarşılanan şəxslərdir.

Onların qazancları yalnız toy biznesindən gəlmir. Müğənnilərin bir qisminin  şəxsi biznesləri də var.

Tanınmış şoumen Murad Dadaşovun şirniyyat evi var. Həmin şirniyyat evi "Cot’dAzur” adlanır. Qiymətlər tortun dizaynından asılı olaraq, 25 -35 manat arasında dəyişir. Bu qiymətə siz çox sadə və kiçik həcmli tort əldə edə bilərsiniz. Əgər toy və nişan üçün şirniyyatı həmin məkandan sifariş etmək fikrindəsinizsə, gərək əliniz cibinizdə olsun . Belə ki, bu məkanda nişan və ziyafət üçün 50 nəfərlik tort 300 manata başa gəlir. Şirniyyatın üzərində əlavə fiqurlar olarsa, bunun qiyməti də əlavə hesablanır.

Əməkdar artist Röya Ayxan da özünə yeni biznes qurub. Müğənni özünə yeni moda evi açıb. "First fashion Lab” adlanır. Müğənni deyir ki, peşəkar modelyer Sabina Hüseyn və onun komandası moda evində xanımlar üçün bir-birindən fərqli libaslar hazırlayır. O ki qaldı geyimlərin dəyərinə , moda evi yeni açıldığı üçün qiymətlər hələ ki müəyyənləşdirilməyib. 

Müğənni İlqar Muradov da şəxsi biznesi olan müğənnilərdəndir. O, "Fayton” restoranının sahibidir.

Müğənni Xatirə İslam isə xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Onu da qeyd edək ki, böhran müğənninin biznesindən də yan keçməyib. Burada qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlinin oturacağı yerin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, "haxışda” oxuyan ifaçı daxildir. Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçsə, onda qiymətlər də dəyişəcək. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox- düz 5000 manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.

Məşhurlarımızdan olan Xəyyam Nisanov gəlirini tək ifaçılıq etməkdən qazanmır. Nisanov  "Little Smile” uşaq əyləncə mərkəzinin sahibidir.

"Bu şəhərdə” adlı konsert proqramı ilə il ərzində 2 dəfə tamaşaçıları ilə görüşə gələn aktyorlar Rafael və Coşqun "Bu şəhərdə” restoranının sahibidirlər.

Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan "Şeron”un solisti Ülvi "Abşeron” şadlıq evinin sahibidir.

Rəqqasə Fatimə Fətəliyeva da xına yaxan, "haxışda” oxuyan məşhurlardandır. Dekor, ansambl, çəkiliş, "haxışda” ifaçısı və Fatimənin aparıcılığı sizə 2000 manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə qiymət də artır. "Mon Amour” kompaniyası bir çox xınayaxtı mərasimlərində rastınıza çıxmamış olmaz.

Yenicə azadlığa çıxmız İlham Mirzəyevi hamı "Tale yolları” proqramı ilə tanıdı. Tanınmış psixoloq və aparıcı "İlhamed” sağlamlıq mərkəzinin və "Tale yolları” şadlıq evinin sahibidir.

Şou-biznesin ən zövqlü kişi müğənnilərinin başında gələn Zamiq Hüseynov "ZH” kişi geyim dükanının sahibidir. Zövqü ilə həmkarlarından fərqlənən Zamiqin mağazasında yalnız kişilər üçün geyimlər və ayaqqabılar satılır. Lakin böhran onun da biznesinə təsir edib. Belə ki, mağazadakı məhsullar 10, 20, 30 manata qədər endirilib. Mağazadan verilən məlumata görə, hazırda sözügedən ünvan boşaldılmaq üzrədir. Butik fəaliyyətini tezliklə yeni ünvanda davam etdirəcək.

Gözəl müğənnimiz Nüşabə Ələsgərli də şəxsi biznesi olan məşhurlar siyahısındadır. Müğənni "Solmaz” qadın gözəllik salonunun sahibəsidir.

Əkiz bacılar Sevil və Sevinc ötən günlərdə "SS” adlı butiklərinin açılışını ediblər. Ayaqqabı satan mağazaya çoxsaylı məşhurlar axın edir. Bacılar bildiriblər ki, qarşıdakı günlərdə yeni dırnaq salonu və ətir mağazası açmaq istəyirlər.

Rəqsanə İsmayılova da şəxsi biznesi olan müğənnilər sırasındadır. Ötən il fəaliyyətə başlayan gözəllik salonu indi kütləvi endirimlərə başlayıb. Hətta salonda gəlinin bəzədilməsi 100 manata qədər endirilib.

Müğənni Ruhi "Emerald” zərgərlik evinin yiyəsidir.

Son günlərin ən qalmaqallı müğənnisi, əməkdar artist Abbas Bağırov "ABA” şirniyyt evinin sahibidir.

Müğənnilikdən öncə aşpazlıqla məşhur olan yanıq səsli ifaçı Niyam Səlami  "Həsir” restoranına rəhbərlik edir.

Teleaparıcı Lalə Əlimuxtarova – "Nargilə” çay evinin sahibəsidir. (a24.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA