Azərbaycanlı millət vəkili türk tələbəni aldatdı

Azərbaycanlı millət vəkili türk tələbəni aldatdı
Bütün Xəbərlər
12:40 03.02.2012
1643
2011 -ci ilin may ayında Milli Dircəlis Hərəkati (MDH) Azərbaycan və Türkiyə tələbələri arasında “Türkiyə Azərbaycan münasibətlərini əks etdirən ən yaxsi yazı” adli müsabiqə elan edib. Müsabiqəyə Azərbaycanda və Türkiyədə oxuyan tələbələr qatila bilərdilər. Türkiyədən Murat Atış adlı bir gənc də müsabiqəyə qatılıb.Noyabr ayının 17 – si baş tutan müsabiqənin nəticələri elan olunub və təqdimat mərəsimində Türkiyədən olan gənc Murat Atış ikinci yeri qazanıb.Türkiyədə Muğla universitetinin tələbəsi olan Murad diplom və ona çatacaq 600 manatı almaq üçün artıq partiyaya çevrilmiş Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyevə müraciət edib. Fərəc Quliyev tələbəyə qazandığı mükafatı və diplomu bir necə günə Murada çatdıracaqlarına söz verib.Bir müddət əvvəllər “Davam.az” saytında və bir neçə başqa saytlarda Fərəc Quliyevin Murat Atişın qazandığı 600 manat pul mükafatını və diplomu Muğlaya göndərməsi haqqında yazılar dərc olunmuşdu. Ancaq qəzetimizə daxil olan məlumatda bildirilir ki, Murad Atışa nə pul, nə də diplom çatıb. İstər Fərəc Quliyevlə, istərsə də, Fərəc Quliyevin müavini Tahir Seyidovla telefon söhbətlərində türkiyəli tələbə təhqir olunub. Bildirilir ki, millət vəkili telefonda tələbənin üstünə qışqıraraq “yeri get işində ol, hamı mənim başıma millətçi çıxıb”, deyə qışqırıb.Bu məsələ ilə bağlı MDHP sədrinin gənclər üzrə keçmiş müşaviri Şəhla Cabbarlıya müraciət etdik. Şəhla xanım bildirdi ki, “Mən Muradın nə diplomunu, nə də pulunu görmüşəm. Hamı kimi mən də kənardan eşitmişəm ki, Murad Atış ikinci yeri qazanıb və onun mükafatı göndərilib. Necə göndərilib, kimdən göndərilib bilmirəm”.//Bizim Dövr”
OXŞAR XƏBƏRLƏR