Azərbaycanlı milyarder Mahsuna inanılmaz təklif etdi – yenidən səhnəyə qayıtsın deyə
Bütün Xəbərlər
16:12 10.10.2015
5663
Rejisorluğa başlayan tanınmış türk müğənnisi Mahsun Qırmızıgülün yenidən səhnəyə çıxması üçün iş adamlarından biri ona 400 min dollar təkilf edib. Amma sənətçi bu təklifi rədd edib.Müğənni adı açıqlanmayan əslən azərbaycanlı olan milyarderin 400 min dollar (1 milyon 200 bin TL) təklifinə rədd cavabı edərək səbəbini bu cür açıqlayıb:“Əgər bir gün səhnəyə dönsəm bu xalq konserti ilə olar. Əmin olun ki, daha çox pul qazanmaq istəsəydim mahnı oxumağa davam edərdim”Artıq bir müddətdir ki, Mahsun Qırmızıgül müğənnilik fəaliyyətini dayandırıb bə rejissorluqla məşğul olur. Həmçinin çəkdiyi filmlərində baş rolları özü canlandırır. Həmin ekran əsərlərindən biri də “Möcüzə” filmidir. 4 milyona yaxın izləyicisi olan “Möcüzə” filmindən sonra Mahsun Qırmizıgül ona edilən bütün səhnə təkliflərinə rədd edir.