Azərbaycanlı milyarder Rusiyalı müğənniyə villa verdi- FOTO

Azərbaycanlı milyarder Rusiyalı müğənniyə villa verdi- FOTO
ŞOU-BİZNES
15:31 18.10.2013
1494

Nikolay Baskov və qohumları həmin villadan istədikləri vaxt istifadə edə bilərlər

Ötən gün 37 yaşı tamam olan Rusiyanın məşhur müğənnilərindən olan Nikolay Baskov ad gününü böyük təmtəraqla yaxınlarının ətrafında qeyd edib.

AZXEBER.COM Heart.ru saytına istinadən verdiyi məlumata görə, müğənni spirtli içki qəbul etmədiyinə görə hər kəs ancaq limonad içiblər. Doğum günü mərasiminin finalında isə azərbaycanlı milyarder Telman İsmayılovdan möhtəşəm sürpriz hər kəsi şoka salıb. Sevimli sənətçisinin ad gününü qeyd etmək üçün iş adamı xüsusi olaraq yaxın dostlarını şəhər kənarındakı evində toplayıb və Baskovu da məclisə dəvət edib. AST Telman Nikolay Baskova möhtəşəm hədiyyəsini təqdim edib. İş adamına məxsus olan və Türkiyədə yerləşən Mardan Palace-nin ərazisindəki villalardan biri Nikolay Baskova bağışlanıb. Artist və qohumları həmin villadan istədikləri vaxt istifadə edə bilərlər. Qeyd edək ki, Telman İsmayılov artıq uzun illərdir Nikolay Baskova maliyyə baxımından dəstək göstərir, yeri gəlmişkən, müğənninin Moskvada hərəkət etdiyi “Cip” markalı maşını da ona azərbaycanlı iş adamı bağışlayıb

OXŞAR XƏBƏRLƏR