Azərbaycanlı iş adamıV adimvəValeri İlişayev qardaşları iki gün öncə şou-biznes əhlini bir araya topladılar. “V&V company” şirkətinin rəhbəri olan Valeri İlişayev Moskvada qızına ad günü mərasimi keçirib. Şənlik təşkil edən iş adamları ad günündə rus estradasının tanınmış simalarından əlavə azərbaycanlı müğənnilərin də iştirak etməsini istəyib. Bu məqsədlə prodüserTolikin təşkilatçılığı ilə bir neçə azərbaycanlı məşhurlar da ad günündə iştirak ediblər. Ad günündən olan fotolar da sosial şəbəkələrdə paylaşılıb. İş adamı olan Vadim isə öz oğlanlarının etdirdiyi fotosessiyadan şəkilləri paylaşıb. Həmin fotolardan bəzilərini təqdim edirik. (show.az)







