Azərbaycanlı milyonçu ‘Latsio’ya 40 milyon verir – ‘Land of Fire Azerbaijan’ yazısına görə

Azərbaycanlı milyonçu ‘Latsio’ya 40 milyon verir –  ‘Land of Fire Azerbaijan’ yazısına görə
Bütün Xəbərlər
21:07 25.03.2015
3134

İtaliyanın "Latsio" klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır.

Söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir.

Azərbaycan tərəfinin "Latsio"ya bundan ötrü ümumilikdə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin italiyalı həmkarlarımız həmin şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılacağı güman edilir. O da bildirilir ki, Hafiz Məmmədov 2012-ci ilin sonlarında İspaniya "Atletiko"su ilə anlaşmazdan öncə məhz İtaliya klubu ilə təmasda olub.

Qeyd edək ki, İtaliya A seriyasında 28 turdan sonra "Latsio" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Ağ-mavilər" bir müddətdir forma reklamı olmadan oyunlara çıxırlar. (Sportnet.az)

OXŞAR XƏBƏRLƏR