Azərbaycanlı model arzusuna çatdı - FOTOLAR

MAQAZİN
00:49 13.11.2012
3259

Almaniyada iqtisadiyyat üzrə ali təhsil alan azərbaycanlı model Azər Atakişiyev almanların diqqətindədir.“Luisa Models” adlı dünyaca məhşur agentliklərdən biri modeli foto layihəsinə cəlb edib. Fotolahihənin özəlliyi ondan ibarətdir ki, agentlik modeli dünyada cəmi 60 ədəd buraxılışı olan məhşur avtomobil markası ilə birlikdə çəkib. Azər bəy isə təklifi ona görə qəbul edib ki, bu, onun xəyal etdiyi marka olub. Bu barədə AZXEBER.COM-a bunları danışıb:

“Agentliklə əməkdaşlıq yəqin ki, davam edəcək. Bəzi təkliflər var ki, gözdən keçirirəm. Bu təklifi tərəddüdsüz qəbul etdim. Arzuladığım avtomobilə yaxından tanış olurdum. Həmin buraxılışdan Almaniyada cəmi bir ədəddir. Qiyməti həddindən artıq bahadır. Hətta qiymətsizdir deyərdim”.

Model gələcəkdə büdcəsinin imkan verəcəyi təqdirdə özünə belə bir avtomobil alacağını söylədi.

Almaniyadan bir sıra təkliflər alan model, buna baxmayaraq bir agentliklə çalışacağını diqqətə catdırıb. Onun sözügedən fotolayihəsini isə Nata Gobel lentə alacaq.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR