Azərbaycanlı model: "Seks-simvol olmaq istəyirəm"

Azərbaycanlı model: "Seks-simvol olmaq istəyirəm"
ŞOU-BİZNES
12:24 20.09.2011
3349
Azərbaycanın gənc modeli Xanım Manafzadə yaxın vaxtlarda vətəni tərk edir.
Türkiyədən iş təklifi almış model sentyabrın 21-də qardaş ölkəyə yollanacaq. "Bundan sonra Türkiyədə yaşayacağam və orada işləyəcəyəm. Azərbaycana yalnız bayramlarda gələcəm", - deyə X.Manafzadə bildirib.
Gənc model jurnallar üçün çılpaq fotosessiyalara çəkilmək təklifləri alıb. Amma o, bu təklifləri rədd edib: "Bunun üçün mənə kifayət qədər pul da təklif olunub. Amma fikrimdən dönməmişəm. Utanmıram. Bəlkə də gələcəkdə razılaşacağam. Amma hələ ki istəmirəm".
Xanım Manafzadə seks-simvol olmaq arzusundadır: "Çox istərdim ki, seks-simvol olum. Amma Azərbaycanda bunu düz başa düşmürlər. Məncə, bunun üçün gözəl olmalısan. Seksual olub-olmamaq vacib deyil. Əsas odur ki, hamı sənin gözəlliyindən danışsın".
OXŞAR XƏBƏRLƏR