Azərbaycanlı müğənni Dima Bilanla klip çəkdirdi - VİDEO

MAQAZİN
11:47 01.02.2013
1837

Yanvarın 31-i Youtube-un tanınmış Rusiya kanalı “ELLO”da Dima Bilanla Nigar Camalın “Obnimi menya” (Qucaqla məni) klipinin təqdimatı olub.AZXEBER.COM-un məlumatına görə, “Eurovision” mahnı yarışmasının müxtəlif illərdə qalibi olmuş ifaçıların klipinin təqdimatı 2012-ci ildə Bakıda “Eurovision”un keçirildiyi zaman keçirilib.Buna baxmayaraq, ifaçıların solo layihələri ilə başları qarışıq olduğundan klip daha sonra nümayiş olunmayıb.Qeyd edək ki, “Eurovision” yarışmasının tarixində ilk dəfədir ki, müxtəlif illərdə bu mahnı müsabiqəsinin qalibi olmuş ifaçılar bir yerdə duet ifa edirlər. Dima Bilanla Nigar Camalın duetinin rus versiyasının təqdimatı 2012-ci ilin yayında “Novaya volna” yarışması zamanı keçirilib.

OXŞAR XƏBƏRLƏR