Azərbaycanlı müğənni: "Döş nahiyəmdə problem yoxdur"

Azərbaycanlı müğənni: "Döş nahiyəmdə problem yoxdur"
ŞOU-BİZNES
23:22 15.10.2011
2121
Elnarə Təhməzovanın təqdimatında, ANS kanalında yayımlanan “İncə maraqlar” verilişinin qonağı Xatun düşmənlərindən danışdı. “Bu yaxınlarda klinikaya getdim, səbəbini isə açıqlamayacam. Bir çox adam var ki, burnunu və yaxud başqa bir yerini əməliyyat etdirir, amma sonra deyir ki, anadangəlmə özünündür. Heç boynuna qoymaq da olmur. Amma mən bu yaxınlarda burnumu əməliyyat etdirəcəm.Sözüm ondadır ki, oraya gedəndə, deyəsən, mənim düşmənlərimdən kim isə orada olub. Xəbər yayıb ki, Xatunun döş nahiyəsində xərçəng var. İraq olsun! Döş nahiyəmdə problem yoxdur. Bunu heç düşmənimə belə arzulamıram. Bizə hər gün zəng edirlər ki, xəbərin doğru olub-olmamasını bilsinlər.
OXŞAR XƏBƏRLƏR