Azərbaycanlı müğənni: ''Heç bir telekanala pul ödəmirəm''

MAQAZİN
08:22 29.09.2012
1894
Qarşısına Avropada tanınmaq məqsədi qoyan müğənni İlhamə Qasımova üçün Azərbaycanda gündəmdə olmaq elə bir əhəmiyyət kəsb etmir.
Müğənni açıqlamasında toy müğənnisi olmadığı üçün belə qənaətdə olduğunu bildirib: "Toy müğənnisi olmadığımdan efirlərə pul vermək mənə sərf eləmir. Gərəksiz, boş yerə gündəmdə olmaq mənə lazım deyil. Heç bir telekanala pul ödəmirəm. Sağ olsunlar, indiyədək bütün telekanallar məni məhz ifama görə dəvət ediblər. Amma bu yaxınlarda bir telekanaldan mənə zəng vurub, ödəniş edərək hansısa proqrama qatılmağımı istədilər. Bu, məni çox əsəbiləşdirdi".Azərbaycanda müğənnilərin toydan başqa qazanc yeri olmadığını dilə gətirən müğənni toya gedən həmkarlarını heç də qınamaq fikrində olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR