Gənc müğənni Çingiz Mustafayev rəhbərlik etdiyi“Palmas” qrupu ilə birlikdə “Səbəbim yoxdur” mahnısının klipini təqdim edib. AZXEBER.COM-un məlumatına görə, söz və musiqisi özünə məxsus alan müğənninin “Səbəbim yoxdur” mahnısı rok janrındadır. Məhz bu janra nə üçün üstünlük verdiyini bildirən Çingiz, “Rok janrı Azərbaycanda çox az dinlənilir. Halbuki bu musiqi başqa ölkələrdə gənclər, eləcə də orta yaşlı nəslin nümayəndələri tərəfindən çox sevilir. Ancaq biz rok janrında olan musiqini inkişaf etdirmək niyyətindəyik” deyə danışıb. Bundan əlavə, gənc müğənni, “Palmas”a aid 9 mahnının hazır olduğunu, yaxın zamanlarda onların da işıq üzü görəcəyini bildirdi.Ozal İbrahimli