Azərbaycanlı müğənni ölümdən döndü

Azərbaycanlı müğənni ölümdən döndü
MAQAZİN
08:24 02.08.2012
2742

Tanınmış estrada müğənnisi Günel Ələkbərova iyulun son günlərində qarpızdan zəhərlənib.

Gecə saatlarında Respublika Toksikologiya Mərkəzinə aparılıb, ardınca ev şəraitində müalicəsini davam etdirib. Əməkdaşımızla söhbəti zamanı məlumatı təsdiqləyən Günel, yaşadığı üzücü anlar haqqında belə danışdı: "Kəfəni yırtdım yaza bilərsiniz. Əslində elə halda idim ki, o vəziyyətimi yadıma belə salmaq istəmirəm. Çox çətin anlar yaşadım. Fərqinə belə varmamışdım ki, zəhərlənə bilərəm. Təşəkkür edirəm həkimlərimizə, onların yerində etdikləri müdaxilə ilə səhhətimdə pisləşmənin qarşısı alındı".

Danışdıqda ürəyi boşalan Ələkbərova ilə söhbətimiz zamanı səhhətindəki bu arzuolunmaz vəziyyətin işıqlandırılması ilə gündəmə gəlməsini heç də yaxşı addım kimi qiymətləndirmədi.

"Sözümü qəribçiliyə salmayın, ümumiyyətlə, istəməzdim məni üzən bu hadisə mediada işıqlandırılsın. Çünki, bəzi həmkarlarım o qədər sağlamlıqları haqqında yalan danışırlar ki, məşhurlara olan inamsızlıq həddindən artıq adiləşib. Həmişə çalışıram ki, hansısa vacib mövzularda fikirlərimi oxucularla bölüşüm. Tam səmimi deyirəm, əgər xəbər sizə gəlib çatmasaydı, qətiyyən ağzımı açıb bu barədə danışmayacaqdım. Sonda Allahdan bütün xəstələrə şəfa arzulayıram", - deyən müğənni, fikirlərini belə tamamladı.

//milli.az

OXŞAR XƏBƏRLƏR