Azərbaycanlı müğənni: "Mənim rəqibim yoxdur və olacağını da zənn etmirəm"
ŞOU-BİZNES
00:31 24.10.2011
1683
Müsahibimiz caz ifaçısı, Bülbül adına orta ixtisas musiqi məktəbi və Baki musiqi Akademiyasının məzunu Leyla Kafaridir.-Leyla xanım, ənənəvi sualımız olacaq, musiqiyə necə gəldiniz?-Mən uşaqlıqdan caz həvəskarı idim, hətta belə deyim ki, cazın fanatı idim, bu janr məndə xüsusi vergidir deyə düşünürəm. İstədim və başladım. Çox adamı varlığımla və səsimlə təəccübləndirmişəm və davam edəcəyəm.-Bildiyimizə görə siz opera fakültəsini bitirmisiniz , necə oldu ki məhz caz janrı ilə gündəmə gəldiniz?- Operanı çox məhsuliyyətli və çox yerində ifa edirəm. Amma mən özümdəki, qəlbimdəki caz sevgisini dəyişə bilmirəm. Hətta yadımdadır ki, mən opera dərslərinə gələndə, müəllimə mənə hər zaman caza qulaq asdığımı nöqsan tuturdu.-Siz klub mahnılarıyla gündəmə gəldiniz. Məsələn elə tam zamanında " BAKU I LOVE YOU " mahnısıyla bütün yayı, klubları, istrahət mərkəzlərini əlinizə aldınız.-Bu mahnının üstündə düzünü desəm o qədər də əziyyət çəkmədik, amma bu qədər kütlənin sevgisini görmək çox sevindirici haldır. Hələ bu mənim bacarıqımın 1 %-dır. Hər şey qarşıdadır. Lahiyələrim qarşıdadır.-Bu mahnıda bir neçə DJ-lərin iştrakı da var idi. Onlara PR edirdiniz ?-Biz iş birliyimizdən zövq almağa çalışırıq. Bizə göstərilən diqqət və sevgi bizi daha da ruhlandırır.-Şəxsi həyatınız bu gün bütün oğlanlara maraqlıdır. Gözəl xanım, qamət, qürur və valeh edici səs. Birlikdə olduğunuz biri var?-Xasiyyətim çox möhkəmdir. Mənim yanımda olacaq insan isə məndən daha möhkəm olmalıdır. Amma hal-hazırda başım işlərimə qarışıb. Yanımda olacaq insan yalnız sevgidən doğan hisslərdən yanımda ola bilər, yoxsa vaxt keçirmək dediyim kimi xasiyyətimə uyğun deyil.-Leyla, dostlarınız çoxdur ?-Dostlarımı çox sevirəm, dostsuz həyatı təsəvvür etmirəm. Böyükdükcə başa düşürəm ki, əsl dost çox olmur. İndi yanımda qalan dostlarım ən layiqli olanlardır.-Hamımızın arzusu var, sizin necə?-İstəyirəm ki, valideynlərim və gələcəkdə uşaqlarım mənimlə fəxr etsinlər. İstəyim odur ki, mənim yaratdığım musiqi bütün dünyaya yayılsın, yalnız varlığımla deyil, yoxluğumla da.-Caza qayıdaq. Cazda sizin rəqibiniz var ?-Xeyr. Mənim səsimin yanında yalnız karifeylərin səsi var. Yoxsa mənim rəqibim yoxdur və hələ olacağını da zənn etmirəm.-Leyla, hər müğənninin öz vizit kartı olur, bəs sizin sənətinizin vizit kartı hansı lahiyə oldu ?-Mənim səsim özü elə vizit kartdır (gülür) .-Bu qədər əminlik var sizdə, "Evrovision"a qatılmaq haqqında düşünmürsüz ?-O yarışmaya qatılmaq haqqında hələ düşünməmişəm, amma Azərbaycanı "Evrovision"a tanıtma haqqında lahiyəyə start vermişik və bu lahiyə Mədəniyyət və Turizm Nazirliyinin birbaşa istəyi ilə həyata keçirilir. DJ Bəkir və DJ China mahnını hazırlayırlar. Vaxta az qalıb, və biz var gücümüzlə işləyirik.-Qorxmursuz ki, bu layihə sizi həmkarlarınızla qarşı-qarşıya qoysun?-Paxıllığı yalnız zəif insanlar edir. Bacarırlarsa sözlə qarşıma çıxsınlar. Bu meydan, bu şeytan.-Sən qısa müddət ərzində populyarlıq qazandın. BU məhşurluğun bəlli bir qonararı da olmalıdır, qane edir? -Bəli, mən başqalarından fərqli olaraq öz ifa tərzimə görə çox fərqlənirəm, buna görə də ola bilər. Öz dostlarım və yaxınlarım üçün qonararsız da oxuyuram, amma ümumi işlər üçün qonarar alıram.-Keçmiş sevgi, eşq nağılındaki kimi, kimisə sevib ona mahnılarından birini ifa etmisən?-Bəli, elə mahnılar var ki, məni həyatımın bəzi səhnələrinə qaytarır, musiqini ifa edəndə mən başqa heç bir şey fikirləşə bilmirəm. Musiqi bəzən sevgidən də artıq bir hissdir.Nigar YƏHYAZADƏ