Azərbaycanlı müğənni: "Ona 80 min manat vermişəm"

MAQAZİN
15:32 06.08.2012
2975

Sevinc Musayeva bir neçə günlüyə Türkiyəyə gedir.

AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, o, səfərinin yaradıcılıqla əlaqədar olduğunu deyib.

"Azərbaycanı tərk edirəm, - deyə S.Musayeva yerli telekanallardan birinin efirində deyib. - Yəqin, çox ifaçıları bu xəbər sevindirəcək, kimlərinsə kefi pozulacaq. Ancaq birdəfəlik getmirəm, ona görə də narahat olmayın. Bir neçə gün Türkiyədə olacam. Orada çox sevilən "İstanbul limanı" mahnıma klip çəkdirəcəm. Türk şirkəti onu mənim üçün pulsuz çəkir, odur ki, başqa ifaçılar kimi, deyə bilmərəm ki, ona 80 min manat vermişəm".

Musayeva klipi çəkəcək şirkətin adını açıqlamayıb və deyib ki, qoy tamaşaçılar üçün bu, sürpriz olsun.

OXŞAR XƏBƏRLƏR