Azərbaycanlı müğənni Cahangir Qurbanov Rusiya bazarına işləyir. Müğənninin verdiyi məlumata görə, təqdimatına hazırlaşdığı ilk albomunun adı rus dilindədir - "Serdsa na dvoix" (İki nəfərlik ürək).Adından göründüyü kimi alboma daxil olan 15 mahnının hamısı rus dilindədir. Mahnılardan ikisi duet şəklindədir. Duetlər gənc müğənni Leyla Babayeva ilə ifa edilib. Cahangir Qurbanov albomun Rusiya bazarı üçün nəzərdə tutulduğunu bildirir.Albomun mahnıları "Ultras Production" studiyazında yazılsa da, disklər Rusiyada hazırlanır.