Azərbaycanlı müğənni sabah İstanbulda konsert verəcək
ŞOU-BİZNES
19:25 13.12.2011
1912
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə sabah - 14 dekabrda İstanbulda konsert proqramı ilə çıxış edəcək. ANS PRESS-in məlumatına görə, sənətçinin konserti "WOMİST - İstanbul Dünya Müzikleri Festivalı" çərçivəsində baş tutacaq. Festivala 8 ölkədən - Argentina, Avstirya, Azərbaycan, Bosniya -Herseqovinya, Bolgarıstan, Fransa, Əlcəzair və Türkiyədən musiqiçilər qatılacaq.Sevda Ələkbərzadə tamaşaçılarla İBB Fatih Ali Emiri Efendi Kültür Mərkəzində görüşəcək.