Müğənni Aynur Dadaşova "Afaqla 10lar” verilişində yeni eşq yaşadığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi həmkarı Niyam Salaminin eşqlə bağlı sualına müsbət cavab verib.
"Sevib-sevilmək hər insanın haqqıdır. Susmaq nə deməkdir? Yaxşı ki, varsan, üzümü güldürürsən, çox xoşbəxtəm. Bu sualı verən yəqin görür ki, son vaxtlar Aynur gözəlləşib, xanım olub. İnsan sevəndə həyat dolu olur, həyat onun üçün maraqlı olur. Bu, hər bir xanımın haqqıdır. Mən də sevməli, sevilməliyəm. Mən də sevirəm” deyə, Aynur bildirib.
Aysel











































