Populyar azərbaycanlı müğənni Natəvan Həbibi dünən oynanmış Azərbaycan-Belçika futbol matçının nəticəsini əvvəlcədən sensasiyalı dəqiqliklə təxminləyərək proqnozçu istedadını nümayiş etdirib. Natəvan matça cəmi bir neçə saat qalmış oyunun 1:1 hesabla başa çatacağını demişdi. "Müxtəlif hadisələrin nəticələrini tez-tez təxminləyirəm. Amma düzünü desəm, futbol qarşılaşmalarının nəticəsini indiyədək proqnozlaşdırmamışdım. Bundan başqa, futbol totalizatorunda elə həmin nəticəyə stavka qoymaq qərarına gəldim. Böyük məbləğdə uduş əldə etmişəm", - müğənni söylədi.