Elyanə Əhmədova bu gündən etibarən “İstəkləriniz” proqramı ilə TMB-nin canlı yayımına çıxacaq.
AZXEBER.COM-un məlumatına görə, ötən il Türkiyənin "Star" televiziyasında yayımlanmış “Star Akademi” müsabiqəsində iştirak etmiş istedadlı müğənni Elyanənin siması yenidən qardaş ölkə telekanallarının birindən görünəcək.Heç kimə xəbər etmədən səssizcə İstanbula yol alan Elyanə teleaparıcı kimi özünü sınamaq qərarına gəlib. Milli.Az-ın əməkdaşının telefon zənginə İstanbuldan cavab verən müğənni sənət həyatında etdiyi müsbət dəyişiklik barədə bunları söylədi:“Bu mənim üçün çox önəmli qərar idi. İlk əvvəl valideynlərimə təşəkkür edirəm ki, xeyir-dua verib, Türkiyə şou-biznesinə qatılmağıma dəstək oldular. Mənə doğması kimi qucaq açan tanınmış türk şairəAyşe Birgül Yılmaza məxsusi təşəkkür edirəm. Onun sayəsində yaradıcı insanlarla bilavasitə şəxsi tanışlığımız formalaşdı.TMB TV-dən aparıcı kimi təklif almağım sürpriz oldu. Kanal rəhbərliyi qısa zamanda sınaq çəkilişləri təşkil etdi və efirə çıxmağım üçün maksimum şərait yaratdı. Həftə içi Bakı vaxtı ilə saat 19:30-da TMB-nin efirində “İstəkləriniz” adlı proqramın canlı yayımına çıxacağam. Bir saat yarım davam edəcək proqramı türk dilində aparacağam.Məlum olduğu kimi, TMB türkdilli dövlətlərin ortaq musiqilərini təbliğ edən televiziyadır. Əminəm ki, telekanalımızın yeni siması kimi bu layihə mənə uğur gətirəcək. Efirimizi həm peyk, həm də internet üzərindən izləmək mümkündür”.Təqdim etdiyimiz fotoların əksəriyyəti verilişin tanıtım çarxı zamanı görüntülənib. Elyanə ilə birlikdə poza verən qızlar isə TMB-nin populyar aparıcılarıdır.