O, da ulduzlardan seçilmək istəmir...Populyar estrada müğənnisi Sevinc Ağaşirinova özünə bahalı hədiyyə edib. İfaçı köhnə "Hyundai Tucson" avtomobilini yeni və daha bahalısı ilə əvəzləyib.Ağaşirinova yeni "Volkswagen Touareg" alıb. 2012-ci ilin buraxılışı olan avtomobil müğənninin ürəyincədir.Ancaq nə qədər təəccüblü də olsa, Sevinc yeni avtomobilinin rəngindən xəbərsizdir. SİA-nın fotokamerasına tuş gələn Sevinc bu mövzularla gündəmə gəlmək istəmədiyini açıqlasa da, suallarımızdan yayına bilmədi: “Gözəl avtomobildir. Ancaq yanacağı çox istifadə edir. Çünki mühərrikinin həcmi 4/2 m3-dir”.Müğənni avtomobilin qiymətini dilə gətirməkdən imtina etsə də, "Volkswagen Touareg" heç də ucuz markalar sırasında deyil.//sia.az