Azərbaycanlı müğənnidən erotik klip - "Hiss et" (VİDEO)

Azərbaycanlı müğənnidən erotik klip - "Hiss et" (VİDEO)
ŞOU-BİZNES
01:15 21.09.2011
3463
Müğənni Azad Şabanov “Hiss et” mahnısına çəkdirdiyi ilk klipini mətbuat nümayəndələrinə təqdim edib. ANS PRESS-in məlumatına görə, klipi izləyən jurnalistlər müğənninin ilk işinin şou-biznesdə səs-küy salacağını bildiriblər. Müğənninin sinxron rəqsləri ilə müşayiət olunan klipdə açıq-saçıq səhnələr olmasa da, erotika var. Klip qonaqlar tərəfindən bəyənilib. Mahnının bəstəkarı İsa Məlikov, sözləri Paulina Volodkovskaya-Məlikovanındır. Klipin rejissoru və prodüaseri Vüsal Qarayevdir.Təqdimat Azad Şabanovun dostu Cin ləqəbli repçinin doğum gününə təsadüf edib. Tədbirə Azadı təbrik etmək üçün müğənnilər Samir Cavadzadə, Zamiq, Natəvan Həbibi, Aysel Teymurzadə, İlhamə Qasımova, rejissor Zöhrab Ağayev, teleaparıcı Hüsniyyə Məhərrəmova da gəlib.

Qeyd edək ki, Azad 2007-ci ildə “Yeni Ulduz” televiziya pop-estrada mahnı müsabiqəsinin finalçısı olub. 2008-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən “Song of the world” festivalında laureat adına və FİDOF-un xüsusi diplomuna layiq görülüb.

OXŞAR XƏBƏRLƏR