Azərbaycanlı müstəntiq Seyran Ohanyanı sorğuya çəkdi - FESTİVAL FOTO

GƏNCLİK
01:08 30.11.2011
2445

Gənclər və İdman nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsi davam edir.

Festovalın 2 günündə (29 noyabr) Gənc Tamaşaçılar teatrının kiçik zalında növbəti 4 tamaşa nümayiş olunub.

AZXEBER.COM-un məlumatına görə, tamaşalardan öncə festivalın icraçı direktoru Ramil Ağasiyev festivalın keçirilməsində yaxından göstərilən dəstəyə görə Gənclər və İdman nazirliyi ilə Mədəniyyət və Turizm nazirliyinə minnətdarlığını bildirib: "Bu festivalın keçirilməsində yaxından dəstək olduqları üçün Gənclər və İdman naziri Azad Rəhimova və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə festival iştirakçıları adından minnətdarlığımı bildirirəm. Eyni zamanda bizə tamaşaların göstərilməsi üçün şərait yaradan Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm”.

Tamaşalar arasında isə, ilk olaraq gənc rejissor ƏR-Toğrul Kamalovun hazırladığı, ssenarisi Təranə Xudabaxşiyevaya məxsus “El Axtarışında” tamaşası nümayiş olunub.Tamaşada 20 yanvar hadisələri təsvir edilib.

“El Axtarışında”nın ardından Ucar rayon Mədəniyyət evinin hazırladığı “Mühakimə” tamaşası nümayiş olunub. Tamaşada Ermənistanın hazırki müdafiə naziri Seyran Ohanyanın azərbaycanlı müstəntiq tərəfindən dindirilməsi təsvir edilib. Tarixi faktlara söykənən tamaşa, tamaşaçıların rəğbətini qazanıb.

“Mühakimə”nin ardından Bakı Slavyan Universitetinin tərkibində fəaliyyət göstərən “Sfera” gənclər teatrının hazırladığı, ssenarisi Zaur Qəriboğlunun olan “Zirzəmi” tamaşası göstərilib.

Günün sonuncu tamaşası isə, Mingəçevir Yaradıclıq Mərkəzinin hazırladığı “Qisas” tamaşası olub. Tamaşada Azərbaycan əsgərinin Erməni əsirliyində olarkən başına gətirilən işgəncələr təsvir edilib.

Qeyd edək ki, festival dekabrın 1-də qala konsertlə yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR