Təxminən 14 kq marixuana, tapança və güllələrlə bərabər tüfəng müsadirə edilib.
Primoryedə azərbaycanlı həbs edilib. Kişi qanuni iş axtarmaq fikrində deyildi, o, satış üçün marixuana hazırlayırdı.
Bu barədə VladNews-a Rusiya Federal Narkotiklərə Nəzarət Xidmətindən bildiriblər.
Mühacirin qanunsuz fəaliyyətinin qarşısını narko-polislər alıblar.
Azərbaycan vətəndaşı Primoryenin cənub hissəsində Xorolsk rayonunda yerləşən qəsəbələrin birində yaşayırdı. Hüquq-mühafizə orqanı əməkdaşları təxminən 14 kq marixuana, tapança və güllələrlə bərabər tüfəng müsadirə ediblər.
32 yaşlı kişinin üzərində heç bir sənəd olmayıb. Cinayət işi qaldırılıb.
///oxu.az