Azərbaycanlı nazir doğum gününü necə keçirir? - FOTOLAR

GƏNCLİK
12:57 08.10.2015
4413
Bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun ad günüdür. 51 yaşını qeyd edən nazirin özəl günü olsa da hazırda iş başında vəzifə borcunu yerinə yetirir.AZXEBER.COM xəbər verir ki, bu barədə AzVision.az-a adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Azad Rəhimov doğum günü olsa da hər zaman işə gəlib.`Bir neçə saat öncə nazirliyin tədbiri keçirildi. Nazir də orda iştirak etdi və nitq söylədi. Tədbirdə jurnalistlər nazirə yaxınlaşıb, onu təbrik etdilər`.`Nazir ad gününü necə qeyd edəcək` sualına gəlincə, S.Məmmədova qeyd edib ki, Azad Rəhimov adi insanlar kimi ad gününü qeyd edir, xüsusi təmtəraqlı məclisləri sevmir.

OXŞAR XƏBƏRLƏR