Azərbaycanlı nazir "G20" dövlətlərinin toplantısında çıxış edəcək

Bütün Xəbərlər
11:23 03.09.2015
768

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyətiTürkiyədə keçirilən "G20" dövlətlərinin əmək və məşğulluq nazirlərinin toplantısında iştirak edir.

AZXƏBƏR.COM bu barədə "Report"a Azərbaycanın  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, toplantıda əmək bazarının inkişaf etdirilməsi, daha inklüziv əmək bazarının təşkili, insan resurslarının inkişafına investisiyanın artırılması, işçi qüvvəsinə tələb və təklif arasında uyuğunsuzluğun aradan qaldırılması kimi məsələlər müzakirə olunacaq.

Yığıncaqda Səlim Müslümovun çıxışı nəzərdə tutulub.

İkigünlük müzakirələrdən sonra toplantı iştirakıçılarının birgə bəyanat qəbul edəcəyi də nəzərdə tutulub.

Həmçinin,"G-20"nin əmək və məşğulluq nazirlərinin birgə bəyanat imzalaması da planlaşdırılıb.

Qeyd edək ki, toplantıda Azərbaycanla yanaşı, ABŞ, İngiltərə, Rusiya, Fransa, Almanya, İtaliya, Səudiyyə Ərəbistanı, İspaniya, Sinqapur, Yaponya, Meksika, Argentina, Avstraliya, Polşa, Cənubi Koreya, Brazilya, Kanada, Çin, Hindistan, İndoneziya, Cənubi Afrika Respublikası və Seneqalın nazirləri vətəmsilçiləri iştirak edir.

Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilat ("OECD"), Beynəlxaq Əmək Təşkilatının, habelə başqa beynəlxalq və qeyri-hökumət təşkilatların nümanyəndələri də tədbirə qatılıblar.

Azərbaycanlı nazir "G20" dövlətlərinin toplantısında çıxış edəcək

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyətiTürkiyədə keçirilən "G20" dövlətlərinin əmək və məşğulluq nazirlərinin toplantısında iştirak edir.

Bu barədə"Report"a Azərbaycanın   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

OXŞAR XƏBƏRLƏR