Azərbaycanlı nazir macarıstanlı həmkarı ilə görüşdü

Azərbaycanlı nazir macarıstanlı həmkarı ilə görüşdü
Bütün Xəbərlər
10:50 07.04.2012
958

Macarıstanın paytaxtı Budapeştdə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin sosial siyasət, ailə və gənclər üzrə baş katibi Mikoloş Şolteslə görüş keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, görüş əsnasında informasiya mübadiləsi aparılıb və gənclər siyasəti sahəsində gələcək əlaqələrin inkişafı müzakirə edilib. Hər iki ölkə arasında gənclər sahəsində Sazişin daha tez işlənib hazırlanması və imzalanması ilə bağlı qərar verilib. Görüşdə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Polşadakı səfir Həsən Həsənov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR