Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Latviya Respublikasının Azərbaycan Respublika- sındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Yuris Maklakovsla görüşüb.
AZXEBER.COM-un məlumatına görə, qonağı salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat vermişdir. Nazir iki ölkə arasında aqrar sahədə, o cümlədən baytarlıq və fitosanitariya, heyvandarlıq, xüsusilədə damazlıq və seleksiya sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanları barədə danışmışdır.
Səmimi qəbula görə təşəkkür edən səfir Yuris Maklakovs iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulamışdır.
Görüşdən sonra yayımlanan press-relizdə nazirin "Vertu" markalı telefonu hər kəsin diqqətini cəlb edib. Sosial şəbəkələrdə paylaşılan fotoda nazirin "vertu" markalı telefonu diqqət çəkib. Qeyd edək ki, orijinal "vertu" telefonlarının qiyməti 3 min manatdan başlayır.
Həmin fotonu təqdim edirik:

