Azərbaycanlı nazir Türkiyəli modelyerə bahalı saat hədiyyə etdi - VİDEO

MARAQLI
00:01 26.11.2012
2491

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli modelyer Barbaros Şansala bahalı saat bağışlayıb. Bunu modelyer Türkiyənin “Star” kanalında yayımlanan “Alişan və Sevcan” verilişində özü deyib.

AZXEBER.COM-un məlumatına görə, həmin verilişə qonaq çağırılan başqa bir türk sənətçisi Iden Çelikerin qolundakı bahalı saat aparıcıların diqqətini çəkib. Çelikər isə bildirib ki, saat ona məxsus deyil. O, saatını taxmağı unutduğunu, bu saatı isə səhnə arxasında Barbaros Şansaldan aldığını bildirib. Daha sonra səhnəyə çıxan Barbaros Şansal saat barədə danışıb. O bildirib ki, bu saatı ona Azərbaycanın xarici işlər naziri hədiyyə edib.

Artıq Xarici İşlər Nazirliyi sözügedən xəbərlə bağlı mövqeyini də açıqlayıb.

Moderator.az-la əlaqə saxlayan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev nazir Elmar Məmmadyarovun modelyerə bahalı saat hədiyyə etməsi barədə səslənən fikirlərə belə münasibət bildirib:

"Cənab nazir, həmin modelyeri heç tanımır. Bu, cəfəngiyyat bir şoudur".

Verilişi buradan izləyə bilərsiniz-Videonun 10-cu və 11-ci dəqiqələrinə diqqət edin

OXŞAR XƏBƏRLƏR