Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİO

Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİO
DÜNYA
16:45 25.03.2024
353

Moskva vilayətində "Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib.

Terror baş verən gün o, binada ofisiant işləyib və növbəsi 19:55-də başa çatıb. 

"Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik”, - Kamil bildirib.

O, güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını oradan uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara harada çıxacaqlarını göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı - 80-ə yaxın adamı görüb və onlara çıxmağa kömək edib.

"İnsanları axtararkən yerdə fənəri yanan smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı - Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb”, - deyə Kamil əlavə edib.

Kamil bundan sonra ikinci mərtəbədə Kamillanı axtarıb:

"Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim”.

O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb.


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb