Moskva şəhər məhkəməsi "İka Rostovski" ləqəbli "qanuni oğru" İrakli Cabua haqqında hökm çıxarıb.
O, 9 il 6 ay azadlıqdan məhrum edilib. Məlumata görə, onun Rostovski ləqəbini almasına səbəb bu şəhəri nəzarətdə saxlaması imiş.
Qeyd edək ki, "İka Rostovski" 2014-cü ildə "qanuni oğru" adını alıb. Ona bu adın verilməsində "Rövşən Lənkəranski", "Zaur Naxçıvanski" və "Hacı Beyləqanski" iştirak ediblər.
/// lent.az