Azərbaycanlı qadın ərinin 2 yaşlı qızını çayda boğdu – Dəhşətli qətl

Azərbaycanlı qadın ərinin 2 yaşlı qızını çayda boğdu – Dəhşətli qətl
SOSİAL
12:34 05.09.2016
6781
Rusiyada yaşayan azərbaycanlı qadın 2 yaşlı uşağın öldürülməsində ittiham olunur.
İvanovoda 2 yaşlı Yana uşaq arabasından oğurlanıb. Daha sonra körpənin cəsədi çayda aşkarlanıb. Məlumata görə həmin gün Yananı gəzdirən qohum qadın onu sadəcə bir neçə dəqiqəlik nəzarətsiz qoyub. Əşyaları birinci mərtəbədəki evə daşıyan qadın geri qayıdarkən bir nəfərin uşağı qaçırdığını görüb. Şahidlər bildiriblər ki, uşağı aparan qadını görüblər, lakin heç nədən şübhələnməyiblər. Çünki uşaq ağlamayıb və qışqırmayıb. Şübhə yalnız onların arxasınca qaçan qadını gördükdə yaranıb.
Uşağı oğurlayan qadın nəzarət kameraları tərəfindən görüntülənib. Onun uşaqla birlikdə meşə massivi istiqamətində qaçdığı aydınlaşıb. 2 yaşlı Yananın axtarışına bütün İvanovo polisi, İstintaq Komitəsi və könüllülər cəlb olunub. Nəzarət kameralarında görüntülənən 1991-ci il təvəllüdlü azərbaycanlı qadın polis tərəfindən saxlanılıb.
Onun uşağın bioloji atasının rəsmi həyat yoldaşı olduğu məlum olub. İlk növbədə cinayətin motivləri aydın olmayıb. İstintaq nəticəsində cinayətin qısqanclıq zəminində törədildiyi ortaya çıxıb.
Cinayətkar qadın barədə 2 maddə - qaçırılma və qətl maddələri üzrə cinayət işi başladılıb. İstintaq komitəsindən verilən məlumata görə, qadın psixoloji ekspertizaya göndərilib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR