Azərbaycanlı qadın Türkiyəni qarışdırdı... - ərli ola-ola 85 yaşlı kişini evlənmək adı ilə tora saldı

Azərbaycanlı qadın Türkiyəni qarışdırdı... - ərli ola-ola 85 yaşlı kişini evlənmək adı ilə tora saldı
SOSİAL
10:13 30.12.2016
11502
Türkiyənin Samsun şəhərində 85 yaşlı kişini edlənmək vədi ilə aldadıb sərvətini ələ keçirməyə çalışan azərbaycanlı qadın yaxalanıb. 61 yaşlı Rəbiyyə D. özündən 24 yaş böyük olan ahıla aldırdığı qızıllarla birlikdə aradan çıxmağa çalışarkən polis jandarma əməkdaşları tərəfindən yaxalanıb. 
Samsunun Tekkeköy qəsəbəsinin Yağbasan Məhəlləsində yaşayan Kazım Üstündağın evlənmək istədiyini öyrənən Rəbiyyə D., Kahramanmaraşdan Samsuna gəlir və ərindən boşandığını, onunla evlənmək arzusunda olduğunu deyir. Bu zaman Kazım Üstündağın evində yaşamağa başlayan Rəbiyyə D.-dən yerli jandarma əməkdaşları şübhələnirlər. Onun ahıl kişini aldada biləcəyini göz önünə alan jandarma, qadını gizlicə nəzarətə götürürlər. 

Rəbiyyə ilə ailə qurmağa hazırlaşan Kazım Üstündağ isə srağagün bir zərgərlik dükanına gedib oradan 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 ədəd isə qızıl sırğa alır, qızılları və əlavə 500 türk lirəsini qadına verdikdən sonra evlənmə sənədlərinin hazırlanması iə məşğul olmaq istədiyini deyir. Rəbiyyə D. isə ona şəxsiyyət vəsiqəsini Malatyada itirdiyini, ora gedib yeni şəxsiyyət vəsiqəsi almalı olduğunu, yalnız bundan sonra ailə qura biləcəklərini söyləyir. 

81 yaşlı kişi ona gedərkən qızılları təhvil verməsini tələb edir. Qadın qızlların evdə olduğunu deyib Tekkeköy avtovağzalına yolanır. Bu zaman Kazım Üstündağın evinə jandarma əməkdaşları gəlir, qadını soruşurlar, yaşlı kişi isə onlara məsələni olduğu kimi danışır. 

Jandarma evdə axtarışa başlayır, amma qısılları tapa bilmir. Bundan sonra onlar avtovağzala gedir və qadını gözaltına alırlar.

İlkin araşdırmalar zamanı Azərbaycan əsilli qadının hələ də evli olduğu üzə çıxır. 
Bundan başqa onun evlənmək adı ilə daha 3 kişiyə qarşı dələduzluq etdiyi ortaya çıxır. 

Artıq qadının işi məhkəməyə göndərilir və yaxın saatlarda onun haqqında həbs qərarı çıxarılması gözlənilir. 

Qeyd edək ki, bu xəbər Türkiyədə geniş ajiotaj doğurub, telekanallardan tutmuş xəbər portallarınacan yerli mediada günün əsas xəbərinə çevrilib. 
///

Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq