Tatarıstanın Nazirlər Kabineti yanında Əsas Arxiv İdarəsinin rəisi vəzifəsinə əslən Azərbaycandan olan xanım rəhbər təyin olunub.
2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İradə Əyyubovaya həvalə olunub.
Məlumat üçün deyək ki, İradə Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib.
O, müxtəlif vəzifələrdə işləyib, hətta Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.