Istanbul polisi Azərbaycan və digər dövlətlərdən qadınları qeyri-leqal yollarla Türkiyəyə aparan cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirib.
AZXEBER.COM sondakika.com portalına istinadən xəbər verir ki, polisin xüsusi siqnal əsasında həyata keçirdi əməliyyat zamanı şəbəkəyə daxil olan 16 nəfər həbs edilib.Polisdən verilən açıqlamaya görə, sözügedən şəbəkə Azərbaycan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan olan qadınları qanunsuz yollarla Türkiyəyə gətirərək, onları müxtəlif işlərdə çalışdırıblar.Qeyd olunur ki, Türkiyə ərazisinə daxil olduqdan sonra pasportları əllərindən alınan həmin qadınlar müxtəlif evlərdə dayə, xidmətçi, xəstə baxıcısı, eyni zamanda iaşə müəssisələrində və şəhərkənarı təsərrüfatlarda işləməyə məcbur ediliblər.