Azərbaycanlı “qanuni oğruların” qətlində təqsirli bilinən Nazim Hümbətovun işi Moskva Vilayət Məhkəməsinə göndərilib
Bu barədə Rusiya mediası xəbər yayıb. “Axsaq” ləqəbli Nazim Hümbətov 4 nəfərin qətlində təqsirli bilinir.
Rusiya hüquq-muhafizə orqanlarından verilən məlumatda bildirilir ki, N.Hümbətova Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) və 327-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə cinayət işi açılıb.
Bundan başqa, artıq polis “Axsaq”ın yaxın adamı, Ülfət Gəncinskinin (Ülfət Tağıyev) də axtarışını başa çatdırıb. Hadisə 2003-cü ilin 24 sentyabrında baş verib.
N.Hümbətovun axtarışlarına 2008-ci ildə başlansa da, “Axsaq” 2012-ci ilin payızında həbs olunub.