Azərbaycanlı ‘qanuni oğrular’ın ‘sxodka’sına basqın

Azərbaycanlı ‘qanuni oğrular’ın ‘sxodka’sına basqın
Bütün Xəbərlər
12:49 02.09.2013
2074

Kriminal aləmin nümayəndələrinin görüşü Yekatrinburqda keçirilib

Rusiyada polisi "qanuni oğrular"ın "kriminal sxodka"sını dağıdıb. Kriminal aləmin nümayəndələrinin görüşü Yekatrinburqda keçirilib. Məlumata görə, bu son bir ayda dağıdılan ikinci "sxodka"dır. Görüşdə "Ded Xasan" kimi tanınan Aslan Usoyanın qardaşı oğlu Timur Sverdlovskinin rəhbərlik etdiyi dəstənində nümayəndələri olub. Kriminal aləmin 48 nümayəndəsi Anqarskı küçəsindəki "7 açar" kafesində toplaşıblar. Polisin məlumatına görə, "qanuni oğrular" müxtəlif ərazilərdən toplaşıblar. "Ufa, Çelyabinsk, Noyabrsk və başqa şəhərlərdən "kriminal bazarın" yeni hüdudlarını müəyyən etmək üçün toplaşıblar". "Sxodka"nın iştirakçılarının əsas hissəsi azərbaycanlılar olub. Onların əksəriyyətindən silah tapılıb. (anspress)

OXŞAR XƏBƏRLƏR