Onun əzələləri kişiləri də qısqandırır.
Azərbaycanlı qız əzələləri ilə görənləri təəccübləndirir. Azərbaycan əsilli ukraynalı Bahar Nəbiyeva "Instagram" və "Youtube"də paylaşımları sayəsində çox məşhurlaşıb.
O, həvəskarı olduğu fitness sayəsində yüz minlərlə izləyiciyə sahib olub. Kişiləri belə qısqandıran əzələli bədəni olan ilə Bahar müntəzəm olaraq sosial mediada fotolarını paylaşır.
Onun bədən formaları heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. İnsanlar qızın mükəmməl vücuda sahib olduğunu deyirlər. Bir çoxları isə onun həddindən artıq əzələləri olan ayaqlarının xanıma yaraşan görkəm olmadığı qənaətindədir.




